​Türkiyə ordusu ABŞ-ın əsas qalasına hücuma hazırlaşır - FOTOLAR

İdlib əməliyyatına başlayan Türkiyə Afrin və Münbiçə müdaxiləyə hazırlaşır.
Türkiyə Afrin və Münbiçi təmizləyəcəyi təqdirdə, Suriya ilə 911 kilometrlik sərhəd xəttinin 511 kilometrliyinə nəzarəti ələ alacaq.
“Fərat qalxanı” əməliyyatının davamı olan bu prosesdə məqsəd sərhədi terrorçulardan təmizləmək, həmçinin, yaradılacaq “təhlükəsizlik bölgələrinə” suriyalıları köçürməkdir.
Ümumilikdə “Türkiyə qalxanı” adlandırılan əməliyyatda hər keçən gün irəliləyiş əldə olunur. Məlumata görə, Türkiyə ordusu Afrin və Münbiçə müdaxilə üçün ciddi hazırlıq görür.
Qeyd edək ki, Afrin PKK/PYD-nin, dolayısı ilə onlara dəstək verən ABŞ-ın bölgədəki əsas qalası hesab olunur. Bu kanton bölgə terrorçulardan təmizlənəcəyi təqdirdə, Amerikanın “terror dəhlizi” planına ciddi zərbə vurulacaq.