Türkiyə ölümə məhkum edilən şəxslə bağlı hərəkətə keçdi

Baxış sayı:
11407

Türkiyə hökuməti Səudiyyə Ərəbistanında edam hökmünə məhkum olunan vətəndaşı Rəmzi Çiçəyin taleyi ilə bağlı hərəkətə keçib.
Muxalifet.az xəbər verir ki, polis sürücü Rəmzi Çiçəyin idarə etdiyi ağır tonnajlı yük maşınından narkotik vasitə aşkar edib.
Ailəsindən verilən məlumata görə, Səudiyyə məhkəməsi Rəmzi Çiçəyə edam hökmü çıxarıb. Məsələ ilə bağlı Ədalət və İnkişaf Partiyasının Hatay bölgəsindən deputatlar Xarici İşlər Nazirliyi qarşısında məsələ qaldırıblar. Bildirilir ki, artıq Türkiyənin Səudiyyə Ərəbistanındakı səfirliyi bu işlə əlaqədar fəaliyyətə başlayıb.