Türkiyə o ölkədə hərbi baza qurur

Baxış sayı:
4483

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Sudanı səfəri zamanı Türkiyəyə təsis edilən Sevakin Adasında işlər davam edir. Adada ilk növbədə TSQ tərəfindən hərbi baza yaradılacaq. Bazanın kompleksi üçün lazımlı işləri aparılıb və yerləşməsi planlaşdırılan yer seçilib. TSQ-nin adada dəniz bazası yerləşməklə bərabər, quru və hava ünsürlərini də ehtiva edən bir bazanın qurulması gözlənilir. Adada sabit bir quru qoşunları xidmət edəcək və rotasiya qaydasında bu güc dəniz və hava ünsürləri tərəfindən dəstəklənəcək.
 
ƏVVƏL TƏHLÜKƏSİZLİK
 
Hərbi baza kompleksinin və təhlükəsizliyin təmin olunması ilə birlikdə Sevakin Adasında yenidənqurma və bərpa işləri başlanılacaq. Bərpa işlərinin tamamlanması ilə birlikdə nəzərdə tutulan ticarət limanının yaradılması məqsədi güdür. Sevakin Bazası ilə birlikdə Türkiyə, dənizdən dənizə və Hind Okeanına qədər Misir, BƏƏ, Səudiyyə Ərəbistanı, İran kontekstində bir tarazlıq ünsürü halına gələcək.
 
SÜLH YOLU
 
Müstəmləkə məkanında narahatlıq doğuran bu həmlə, Afrika və Körfəzdə təbii bir sülh yolu yaradacaq. Bölgə xalqının əmin-amanlıq və rifahının təmin olunmasında bir dəstək gücü halına gələn Türkiyə, Sevakin Adasında hərbi cəhətdən yerləşməklə geosiyasi üstünlüyü də əlinə keçirmiş olacaq.
 
İşləri yoxladı
 
Milli müdafiə naziri Hulusi Akar, ötən həftə Liviya, Sudan və Somali səfərləri çərçivəsində Sevakin Adasına yönəlik çalışmalara da nəzarət edib. Axarın heyətində, baş qərargah rəisi Yaşar Gülər, TSQ və Xarici İşlər Nazirliyindən nümayəndələr ilə TİKA başqanı Sərdar Şam da yer alıb.
Müxalifət.az