“Türkiyə o bölgəyə daxil olarsa, oranı tərk etməkdən başqa çarəmiz qalmayacaq!” - ABŞ ETİRAF ETDİ

Baxış sayı:
7972

ABŞ mətuatı Türkiyə Silahlı Qüvvələrinin Suriyada əməliyyat başladacağı təqdirdə, ABŞ hərbçilərinin oradan geri çəkilməkdən başqa seçiminin qalmayacağını yazıb.

TSQ öz gücünü Fərat çayının şərqind keçiriləcək əməliyyata səfərbər elədiyi bir zamanda Amerikanın “Uol Strit Cornel” (Wall Street Journal) nəşri Türkiyə ordusunun Suriyada əməliyyat keçirməyə başlayacağı təqdirdə, ABŞ hərbçilərinin oranı trk eləməkdən başqa seçiminin qalmayacağını yazıb. Qəzetə müsahibə verən səlahiyyətli şəxs Türkiyə Silahlı Qüvvələrinin PKK/YPG-yə qarşı keçiriləcək əməliyyatından 48 saat əvvəl xəbərdar olmayacaqları təqdirdə ABŞ hərbçilərinin böyük bir risk qaldında ola biləcəyini söylyib. Mənbə deyib: “TSQ ilə YPG arasında silahlı toqquşmanın olması ABŞ-ın Suriyadan çıxmasını sürətləndirir. Çox pis, qüsursuz bir fırtına olacaq. Tərk eləməkdən başqa çarəmiz qalmayacaq”.

ABŞ-ın Suriya ərazisində 2 mindən çox hərbçisinin olduğu güman edilir.