​Türkiyə nümayəndə heyətini ABŞ-a aparan səbəb nədir?

Baxış sayı:
11398

Türkiyə xarici işlər nazirinin müavini Sədat Önalın başçılıq etdiyi nümayəndə heyəti fevralın 5-də ABŞ-a səfər edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilir ki, ABŞ-da iki ölkəni təmsil edən birgə işçi qrup Suriya böhranı, FETÖ və PKK ilə mübarizəyə dair müzakirələri davam etdirəcək.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin baş qərargah rəisi, general-mayor Cozef Danfordın rəhbərlik etdiyi nümayəndə heyətinin yanvarın 7-8-də Ankarada keçirdiyi görüşlərdə bu məsələlər müzakirə olunub.