​Türkiyə naziri ABŞ səfirinin təklifini rədd etdi

ABŞ-ın Ankaradakı səfiri Con Bass Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül ilə görüşmək istədiyini bildirib.
Muxalifet.az xarici mediaya istinadla xəbər verir ki, Gül ABŞ səfirinin təklifini rədd edib.
Qeyd edək ki, Türkiyə və ABŞ arasında viza böhranı yaşanır.
Böhrana səbəb Türkiyə polisinin terrorçuluq ittihamı ilə ABŞ-ın İstanbuldakı konsulluğunun əməkdaşı Mətin Topuzu həbs etməsidir.