Türkiyə Naxçıvana S-400 yerləşdirə bilər – Ermənistanı qorxuya salan şok AÇIQLAMA

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı danışıqlar aparması Ermənistanda da narahatlıq yaradıb.
 
Modern.az saytının məlumatına görə, erməni analitik Stepan Safaryan bildirib ki, Türkiyə S-400 hava hücumundan müdafiə sistemlərini alsa, bunlardan birini Azərbaycana verə bilər.
 “Bu mümkündür. Türkiyə Azərbaycana başqa ərazilərdə keçirilən hərbi əməliyyatlarda kömək edə bilməyəcəksə, Naxçıvanda bunu edə bilər. Və hava hücumundan müdafiə sistemlərini Naxçıvanda yerləşdirə bilər. Naxçıvan Azərbaycanın “Axilles dabanı”dır. Naxçıvan isə Türkiyə və Azərbaycan tərəfdən möhkəmləndirildikdən sonra Yerevanı və bütün Ararat vadisini təhdid edəcək”- Stepan Safaryan belə deyib.
 Politoloq qeyd edib ki, Türkiyə S-400-ləri alsa, bunlardan biri də Ermənistanla sərhəddə qurulacaq və Azərbaycanın xeyrinə istifadə ediləcək.
 Onun sözlərinə görə, Azərbaycanla-Türkiyə arasında dərin hərbi əməkdaşlıq olduğu da nəzərə alınsa, bu, Ermənistanı narahat etməlidir.
 “Xüsusilə bir məsələni nəzərə almaq lazımdır - Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanıb. Bu müqavilənin məzmunu məlum deyil, lakin Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq ağlasığmaz dərəcədə dərindir. Deməli bu planda S-400 sistemlərinin verilməsi Ermənistanı narahat etməlidir”
 Safaryan Rusiyanın S-400-ləri Türkiyəyə verməsinin Kremlin maraqlarına zidd olduğuna da diqqət çəkib.
 "Rusiya nə qədər əmindir ki, Türkiyəyə satılacaq S-400-lər onun maraqlarına, həmçinin Cənubi Qafqaz və Ermənistana qarşı istifadə edilməyəcək?
 “Tarix göstərdi ki, Rusiya Ermənistana üçünü etibarlı tərəfdaş deyil. Türkiyə isə Azərbaycanın antierməni siyasətinə qoşulub. Bunun özü də Rusiya maraqlarına qarşə yönəlib.
 Qeyd edək ki, Rusiya ilə Türkiyə müdafiə nazirlərinin imzasından sonra S-400-lərin satışı ilə bağlı qüvvəyə  minəcək bu razılaşmanın yerinə yetirilməsi iki mərhələdə olacaq.
 2.5 milyard dollar qarşılığında alınacaq S-400-lərin birinci partiyası (2 ədəd) 2019-cu ildə Türkiyəyə veriləcək.
 Bunun yerləşdirilməsindən sonra isə Türkiyə ilə Rusiyanın bu sistemi birgə istehsal edəcəyi gözlənilir.
 Lakin bu müqavilənin konkret hansı tarixdə imzalanacağı bəlli deyil. Bununla belə, məlumdur ki, Türkiyənin ilkin mərhələdə əldə edəcəyi S-400-lərdən birinin bölüyündə 12 batareya var.
 Dolayısı ilə alınacaq S-400-lər 24 batareya 96 uzaq mənzilli raketdən ibarət olacaq. Hər bölüyün isə ayrıca radar mərkəzləri olacaq.