Türkiyə NATO TƏLİMİNDƏN ƏSGƏRİNİ ÇƏKDİ – QALMAQAL

Prezident Rəcəb Tayyib Ərdoğan Norveçdəki qalmaqal portretin nümayişindən sonra Türkiyənin NATO təlimindən 40 əsgərini çəkdiyini bildirib.
 
Türkiyə prezident Ərdoğan, Norveçdə baş verən qalmaqalla bağlı ilk dəfə danışıb: "Dünən, Norveçdə bir vəziyyət oldu. Düşmən paneli adı ilə bir portret qoymuşlar və Atatürkün adı bir tərəfdə, digər tərəfdə də mənim ismim olub. Bu xəbər gəldikdə baş qərargah rəisimiz və Avropa İttifaqından məsul nazirimiz də Kanadadan gəlirdilər. Bizi yoldan aradılar, olanları anlatdılar. Bu da bir NATO təlimidir və orada 40 əsgərimiz iştirak edir. Biz dərhal təlimdən əsgərimizi “geri çəkmə” qərarı verdik. O vəziyyəti düzəltsələr belə, 40 əsgərimizi “çəkin” dedik. Dərhal gərəyi yerinə yetirildi. Burada oyun başqadır. Zaman-zaman müxtəlif yerlərdə də bunlar keçirilib, və hələ də aparılır. Təəssüf ki, içimizdə də bunlar var. Biz silahı güc kimi qəbul ediriksə, o zaman siyasəti qoyaq kənara. Haqqdan daha güclü bir şey ola bilməz.".
Müxalifət.az