Türkiyə NATO-nu tərk etdi - Belçikada KRİTİK QƏRAR

Baxış sayı:
6157

NATO-da komandanlığın təhvil-təslim tədbirində skandal yaşanıb.
NATO üzvü olmamasına baxmayaraq, tədbirə Kiprin yunan tərəfi də dəvət edilib.
Buna etiraz olaraq türk zabitlər NATO-nun tədbirini tərk edib.
Qeyd edək ki, tədbir Belçikanın Mons şəhərində baş tutub və NATO-nun Avropa Müttəfiq Komandanlığının təhvil-təslimi məqsədilə keçirilib. Tədbirdə NATO-nun Baş katibi də iştirak edib.
Toplantıya Kipr Respublikasının heyətinin dəvət olunması səbəbindən türk diplomat və zabitlər NATO-nun tədbirini tərk edib./Teleqraf