Türkiyə NATO-dan çıxarıla bilərmi?

Baxış sayı:
12121

Türkiyə prezidenti xarici mətnuat nümayəndələri ilə görüşüb. Görüşdə Türkiyə prezidentindən Türkiyənin NATO-dan çıxarılma ehtimalı soruşulub.
 
Ərdiğanın cavabı belə olub:
“NATO və sanksiyalar mövzusunda ABŞ-ın hər hansı bir NATO üzvü olan ölkəni təşkilatdan çıxarma səlahiyyətinin olmadığını söyləyən Ərdoğan, Amerikanın eyni zamanda sanksiyalar mövzusunda daha həssas davranması lazım olduğunu söyləyib.
Türkiyənin NATO-nun ən əhəmiyyətli və ən güclü ölkələrindən biri olduğuna diqqət çəkən Ərdoğan, "NATO içindəki bu ana qədər etdiyi bütün fədakarlıqlarıyla NATO-nun bu qədər həmrəylikçi ölkəsinə sanksiyalar tətbiq etdiyi zaman Amerika bunu çox yaxşı düşünməsi lazımdır. Bizim də özümüzə xas qarşı sanksiyalarımız olacaq, biz bunlara “bəli” deyə bilmərik” deyib.
Obama dövründən bəri Türkiyənin “Patriot sistemləri almaq istədiyini, amma “Patriot”ların o dövrdə verilmədiyinə diqqət çəkən Ərdoğan, ''O gündən bu günə Konqres həmişə buna qarşı çıxdı, maneə törətdi. İndi Amerika bizə “Patriot”ları verməyəcək deyə, biz öz müdafiəmizi təmin etməməliyikmi? Bununla əlaqədar tədbirlərimizi almamalıyıqmı? Bunun üçün hərhalda kimsəni gözləyəcək halımız yoxdur'' deyib.
Türkiyənin ətrafında təhdid ünsürləri olduğunu vurğulayan Ərdoğan, ''Bu səbəbdən Rusiyadan çox uyğun şərtlərdə S-400-ləri alırıq” deyə söyləyib.
Müxalifət.az