Türkiyə NATO çəkişməsindən Rusiya qalib çıxacaq

Baxış sayı:
3615

Növbəti həftə NATO-nun Londonda keçiriləcək 70 illiyi tədbirində Türkiyə ilə NATO arasında YPG sövdələşməsinin aparıldığı ortaya çıxdı. YPG/PYD-ni Türkiyəyə yönəlmiş təhlükəsizlik təhdidi kimi nəzərdən keçirən NATO sənədinin qəbul olunmasına ABŞ və bəzi NATO üzvü olan ölkələr mane olduğuna görə Ankaranın da bu alyansın Baltikyanı ölkələrə dair başqa bir sənədinə etiraz edəcəyi gözlənilir.

Muxalifet.az bu barədə "Hürriyet"ə istinadla xəbər verir.
Belə ki, YPG/PYD-nin NATO sənədlərində terrorçu təşkilat kimi tanınmasına ABŞ və bəzi ölkələr veto qoyaraq mane oldu. Bunun əvəzində Türkiyə eyni cür davranaraq Baltik ölkələrini və Polşanı Rusiyanın hücumundan qorumaq üçün qəbul olunan sənədə veto qoydu  və əngəllədi.
Vəziyyəti yumşaltmaq üçün NATO Baş katibi Stoltenberq cəhd edir. Türkiyə XİN Mövlud Çavuşoğlu mövzuya dair belə dedi: “Bir yandan terrorla mübarizə deyib, digər yandan terrora dəstək verəcəksiniz. Türkiyəni qorumaq planı NATO Şurası tərəfindən təsdiq edlmişdir, amma burada YPG olduğuna görə ABŞ və onun sözü ilə oturub-duran bəzi ölkələr bunu blok etdilər”.
Bu arada Türkiyədəki İncirlik ABŞ bazası ətrafında da söhbətlər gedir. Əgər bu bazadan ABŞ nüvə silahlarını çıxararsa, prosesdən Rusiya qalib çıxacaq. Bununla belə ABŞ-ın İncirlikdəki bazadan asılılığını azaltmaq istiqamətində bəzi addımlar atdığı görülür. Hələ ki, bu ABŞ-ın bölgədə ən iri bazasıdır.
Muxalifet.az