Türkiyə narkotik olan gəmiyə basqın etdi

Türkiyə polisi Mersin dəniz limanına yan alan Liberiya bayrağı ilə üzən gəmiyə basqın edib.
 
Basqın zamanı gəmidən dəyəri 24,5 milyon TL (12 milyon AZN) olan 122,685 kiloqram kokain aşkar edilib.
Gəmi heyətinin saxlanıldığı bildirilib.
Faktla bağlı araşdırmalara başlanıb.