Türkiyə nə üçün ABŞ-ın hədəfindədir? - TƏHLİL

Baxış sayı:
3013

Son zamanlarda ABŞ-dan Türkiyəyə qarşı yüksələn təhdid və şantajların arxasında yenə siyasi və iqtisadi planlar vardır. İqtisadi hücumlarını bir anda artıran ABŞ, Türkiyənin Çin-Hindistan-Rusya üçlüyü ilə birgə bazar yaratmasından və milli valyutalarla ticarət aparmaq cəhdlərindən narahatdır. Belə ki, əgər Türkiyə bunu bacararsa, dolların monopoliyası bitəcək və ABŞ iqtisadiyyatdakı dollar üstünlüyünü itirəcək.
 
NİYƏ DƏ “BRICS” OLMASIN
 
Türkiyəyə edilən bu hücum və şantajların mühüm səbəblərindən biri isə Türkiyə kimi qlobal səviyyədə oyun qurucu bir ölkənin regionda atdığı yeni addımlardır. Belə ki, pezidentr Rəcəb Tayyib Ərdoğan, sanksiya təhdidləri ard-arda gəldiyi anlarda BRICS-ə qoşulmaq barədə danışıqlar aparmışdı. Ərdoğan, "BRICS, bildiyiniz kimi, Braziliya, Rusiya, Hindistan, Cənubi Afrikanın üzvü olduğu bir əməkdaşlıq platformasıdır. Biz də əgər buraya bizi də qəbul etsəniz yeni bir ad sizə tapmış olarıq - dedik. O da “BRICST” olar, dedik. Buna müsbət yanaşırlar" demişdi. Xüsusən Çinin, "Mən genişlənmənin tərəfdarıyam" şəklindəki açıqlaması, ABŞ-ın təhdid və şantajını da özü ilə gətirdi.
 
TƏHDİDLƏRƏ TƏKAN VERƏN ADDIMLAR
 
ABŞ-ın son zamanlar təhdidlərini gedərək artırmasının arxasında isə yenə də Türkiyənin atdığı kritik böyümə addımları var. Belə ki, yaxın zamanda büdcə və maliyyə naziri Berat Albayrak, dünyanın ən böyük bankı “Industrial and Kommersial Bank of China”-nın sədri Nahardan Human ilə görüşüb. Görüşdə 3.6 milyard dollarlıq razılıq əldə olunub və Çin ilə iqtisadi əməkdaşlığın artırılması qərarına gəlinib.
Prezident Ərdoğan Çin dövlət başçısı ilə görüşərək ikitərəfli ticarətlərdə dollar əvəzinə öz valyutalarını istifadə etmək üzərində fikir birliyinə varıb. FİTCH, ABŞ-Çin arasında ticarət müharibəsinin Türkiyənin lehinə işləyəcəyini və müharibənin qalibinin Türkiyə olacağını bildirib.
 
15 İYULDA YARIMÇIQ QALAN XƏYANƏTİ TAMAMLAMAQ İSTƏYİRLƏR
 
Bütün bu hücumların arxasında 15 iyul dövlət çevrilişinə cəhddə diz çökdürülə bilməyən Türkiyəni iqtisadi hücumlarla tabe etmək istəyən qüvvələr var. Türk millətin iradəsi və cəsarəti sayəsində xainlərə keçid verməyən Türkiyə, bu dəfə də iqtisadi hücumların hədəfindədir.
Müxalifət.az