Türkiyə müşahidəçilərinin Azərbaycana gələcəyi tarix açıqlandı - RƏSMİ

Baxış sayı:
1321

Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana göndəriləcəklər.

Bu barədə “TRT Haber” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Türkiyə və Rusiyadan olan müşahidəçilərin Qarabağdakı atəşkəsə nəzarət vəzifəsinin detalları da bir neçə gün ərzində bəlli olacaq.

Bundan dərhal sonra türkiyəli müşahidəçilər monitorinq mərkəzi üçün Azərbaycana gələcəklər.

Yerini Azərbaycanın müəyyən edəcəyi ortaq monitorinq mərkəzi ən müasir texnologiyalarla təchiz olunacaq. Türkiyə və Rusiya müşahidəçiləri atəşkəs rejiminə birgə nəzarət edəcəklər.