Türkiyə Müdafiə nazirindən önəmli açıqlama

Baxış sayı:
304

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, "Egey və Şərqi Aralıq dənizində beynəlxalq hüquqdan doğan haqqlarımızı görməməzlikdən gələn cəhdlərdən qaçınılması, problemlərin həllinə heç bir faydası olmayan təxribatyönlü davranış və məsuliyyətsiz açıqlamalara icazə verilməməsi ən səmimi gözləntimizdir" deyib.
 
Bundan sonra da beynəlxalq hüquq və qarşılıqlı haqlara hörmət qanunları çərçivəsində Türkiyənin öz dəniz səlahiyyət sahələri və qarant ölkə olaraq Şimali Kiprin vəkalət verdiyi yerlərdə qazma və araşdırma fəaliyyətlərinə davam edəcəyinə diqqəti çəkən Akar, bunları söyləyib:
"Şərqi Aralıq dənizində Türkiyə və Şimali Kiprin iştirak etmədiyi, haqq və mənfəətlərimizin diqqətə alınmadığı, beynəlxalq razılaşmalardan doğan haqlarımıza lazımlı hörmətlin göstərilmədiyi heç bir layihənin həyata keçirilmə şansı yoxdur. Türkiyə heç bir ölkəyə təhdid deyil, məqsədimiz vətən torpaqlarımızın, mavi vətənimizin, səmalarımızın və millətimizin təhlükəsizliyini təmin etməklə bərabər, bu günə qədər olduğu kimi, bölgəmizin hüzur və sabitliyinə də töhvə verməkdir”.
Müxalifət.az