Türkiyə məşhur fırıldaqçıya görə hərəkətə keçdi

Baxış sayı:
2710

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə uruqvaylı həmkarı Rodolfo Nin Novoa arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, müzakirənin əsas mövzusu 511 milyon türk lirəsini mənimsəyərək Uruqvaya qaçan “Çiftlik Bank” sahibi Məhməd Aydın olub.
Telefon danışığı ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, “Çiftlik Bank” adlı oyunun qurucusu M. Aydın bir müddət əvvəl üzvlərə məxsus 511 milyon TL-ni dələduzluq yolu ilə mənimsəyərək Uruqvaya qaçıb.
Türkiyə hökuməti onun haqqında “qırmızı bülleten”lə axtarış elan edib.