“Türkiyə əməliyyata başlasa ABŞ güc istifadə edəcəkmi”? – PPENTAQONDAN AÇIQLAMA

Baxış sayı:
4195

ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Rob Manning ABŞ-ın Türkiyənin Suriyanın şimal-şərqinə yönəlik mümkün bir əməliyyatına qarşı ABŞ-ın sərhəd bölgəsinə əsgər daşıdığı iddialarını təkzib edib.
 
Manning gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. “Türkiyə əməliyyata başlasa, ABŞ güc tətbiq edəcəkmi” sualına cavab olaraq Manning Pentaqonun keçən həftə etdiyi açıqlamanı xatırladıb: “Suriyanın şimal-şərqində, xüsusilə də ABŞ əsgərlərinin yerləşdiyi və ya yaxınlığında olduğu regionlara yönəlik hər hansı bir tək tərəfli bir addım böyük bir qayğıdır və bu cür addımları qəbul edilə bilməz ".
Bu açıqlamaya dair "Qəbul edilə bilməz” ifadəsindən nəyi nəzərdə tutursunuz? Türkiyə əməliyyat keçirərsə, hərbi güc istifadə olunacaqmı" şəklindəki suala isə Manning, "Bu barədə sizə geri dönüş edim, çünki əmin deyiləm" cavabını verib.
Manning bu məsələlərdə Türkiyə ilə koordinasiya halında olduqlarını təkrarlayıb.
Müxalifət.az