Türkiyə əməliyyat siqnalı verdi: ABŞ təşvişə düşdü!

Baxış sayı:
3589

ABŞ-ın baş qərargah rəisi ordu generalı Cozef Dunford Türkiyənin baş qərargah rəisi ordu generalı Yaşar Gülərə təcili telefonla zəng edib.
 
ABŞ-ın Baş Qərargahının sözçüsü polkovnik Patrik Rayder verdiyi yazılı açıqlamada, "İki komandir Türkiyənin təhlükəsizlik qayğılarına cavab olaraq Suriyanın şimal-şərq sərhədində yaradılan ABŞ-ın müşahidə nöqtələri, o cümlədən qarşılıqlı təhlükəsizlik məsələlərini müzakirə edib" deyə qeyd edilib.
Rayder, Dunfordun həmkarı Gülərə müşahidə nöqtələrinin Türkiyəyə yönəlik Suriyadan söz mövzusu ola biləcək hər hansı bir hədənin qarşısını almağa yönəlik olduğunu vurğuladığını bildirib.
İki ölkənin əsas NATO müttəfiqi olaraq illərdir davam edən güclü bir hərbi əlaqəyə malik olduğunu bildirən sözçü, "(Dunford) eyni zamanda Suriyanın şimal-şərqinə sabitlik gətirmək üçün ABŞ-ın Türkiyə ilə koordinasiya səylərinə bağlı olduğunu təkrarlayıb" deyib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) daha əvvəl müdafiə naziri Cim Mattisin bəyan etdiyi Suriya ilə Türkiyə sərhədinə müşahidə məntəqələrini yaratmağa başladıqlarını açıqlamışdı.
Ancaq nazirlik bu monitorinq nöqtələrinin neçə dənə olacağını və harada qurulmağa başladığını qeyd etməmişdi.
Müxalifət.az