Türkiyə məhkəməsi Rza Zərrab barədə QƏRAR VERDİ

Baxış sayı:
4228

ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozduğu üçün həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrab haqqında həbs qərarı çıxarılıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Rza Zərrab İstanbul şəhərində aldığı tarixi köşkündə təmir işləri aparıb və tarixi sənət əsərləri hesab edilən evin infrastrukturunu dəyişdirib.
Buna görə də məhkəmə onun haqqında 3 ilədək həbs qərarı qəbul edib. Hakim Rza Zərrabın Türkiyəyə daxil olacağı anda həbs edilməsini hökm edib.
Qeyd edək ki, daha öncə məhkəməyə təqdim edilən iddianamədə Rza Zərrab, həyat yoldaşı Ebru Gündeş Zərrab və təmir işlərini aparan Haqqı Süha Göydəmirin Türkiyə Cümhuriyyəti Konsitutsiyasının 2863 saylı maddəsi – “Mədəniyyət və Təbiət nümunələrinin qorunması”na zidd davrandıqları üçün 6 aydan 3 ilə qədər həbs cəzası verilməsi tələb edilmişdi.
Xatırladaq ki, Rza Zərrab 2016-cı ildə ABŞ-da həbs edilib və daha sonra cəzasının azaldılması üçün ABŞ məhkəməsi ilə razılıq əldə edərək şahid qismində çıxış edib. O, hazırda Amerika məhkəməsi tərəfindən qorunur.