Türkiyə məhkəməsi Fətullah Gülənə qarşı yeni ittiham irəli sürüb

İzmir məhkəməsi hərbi casusluqla bağlı cinayət işi üzrə Fəthullah Gülənin həbs olunması barədə qərar qəbul edib.
Bu barədə "Habetürk" qəzeti xəbər verir.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.