Türkiyə masadan qalxdı: İtaliyadan açıqlama gəldi

Baxış sayı:
6289

 İtaliyanın baş naziri Giuseppe Conte, Liviya konfransından sonra keçirdiyi mətbuat konfransında Türkiyənin konfransdan çəkilməsinə dair bir suala, "Türkiyə prezidentinin köməkçisi konfransı tərk etdiyi üçün təəssüf edirəm. Onun (Prezident müavini Fuad Oqtay) mətbuata açıqlamasını oxuyanda İtaliya əleyhinə bir ritorika görmədim" deyə cavab verib.
 
Giuseppe Conte, "Qəbul etməliyik ki, bu cür qərarlarla nəticələnən xüsusi həssasiyyətlər ola bilər" deyib.
Qeyd edək ki, konfransda Türkiyəni təmsil edən prezident müavini Oqtay, Türkiyənin "dərin xəyal qırıqlığına uğradığını" bəyan edərək Liviya Konfransından çəkildiyini qeyd etmiş, "Bu gün səhər bəzi tərəflər arasında keçirilən qeyri-rəsmi görüş və bunların Aralıq dənizi bölgəsindəki əsas aktyorlar kimi təqdim edilməsi, bizim əleyhinə çıxdığımız çox yanlış və zərərli yanaşmadır" demişdi.
Müxalifət.az