Türkiyə marşrutu dəyişdi: ABŞ-ın TERROR PLANI YENƏ SUYA DÜŞƏCƏK

Baxış sayı:
4198

Rusiya və Türkiyənin İdlibdə qansız həll məsələsində razılığa gəlməsi  ilə Suriyanın ərazi bütövlüyü məsələsində birləşən qüvvələri, Fəratın şərqində terror təşkilatı PYD/PKK işğalındakı ərazilərə yönəldib.
 
Türkiyə ilə Rusiyanın Suriyada müxaliflərin nəzarətindəki İdlibə qarşı rejimin qətliam hazırlığını "silahsız region” formula ilə həll etməsindən sonra gözlər yenidən Fəratın şərqindəki layihə terror təşkilatı PYD/PKK işğalındakı regiona çevrilib. İdlibdəki anlaşmasızlıqdan istifadə edərək aranı qızışdıran bəyanatlarla həllə mane olmağa çalışan ABŞ, bununla da diqqətləri əsas yerlərdən yayındıraraq bölgədəki aləti PYD-ni silahlandırmağa davam edir. Soçi görüşündə üzərində kompromis əldə olunan "qansız həll” planı, Rusiya və İranın da iştirakı ilə Pentaqonun terror dövləti layihəsinə mane olma prosesinin ilk addımı oldu. Məsum əhalinin qanının tökülməsini əngəlləyən bölgə gücləri üçün növbəti hədəf, Suriyanın ərazi bütövlüyünü təmin etmək adına Pentaqonun terror layihəsi planlarını suya salmaqdır.
Müxalifət.az