Türkiyə - Liviya gərginliyinin arxa planı - TƏHLİL

Baxış sayı:
4993

Taha Dağlı – Haber7
 
Liviyada Türk vətəndaşlarının girov olaraq saxlanılmasından sonra Ankara çox sərt reaksiya vermiş, çevrilişçi Hafter gücləri geri addım atıb, Türk vətəndaşlarını sərbəst buraxmışdı.
 
Xarici İşlər Nazirliyinin təpki dolu açıqlamasında, vətəndaşlarımızı saxlayanların qanuni hədəf olacaqları istiqamətində xəbərdarlıq edilmişdi.
Məhz o açıqlamadan sonra “Türkiyə-Liviya gərginliyi” və hətta “Türkiyə Liviya ilə müharibə astanasındadır” kimi şərhlər verildi.
Türk vətəndaşlarını saxlayandan sonra gələn sərt təpkilərlə geri addım atıb, sərbəst buraxanlar, Liviyadakı çevrilişçi ünsürlər idi.
Xəlifə Hafter adlı generala aid döyüşçülər idi.
Yəni Ankaranın təpkisi Hafterə yönəlik idi.
Əgər deyiləni etməyib, Türk vətəndaşlarını saxlamağa davam etsələrdi, Türkiyənin qanuni hədəfi olacaq kəslər məhz Hafter və döyüşçüləri idi.
Türkiyənin bu mənada Livyaya yönəlik sərt bir mövqeyi olmadığı kimi, əksinə Türkiyə Liviyanın yanında yer aldığı üçün Türk vətəndaşları qaçırılmışdı.
Çünki Xəlifə Hafter adlı general Liviyada mərkəzi hökumətə yönəlik hücumlarıyla bilinir.
4 apreldə Tripolidəki hökuməti devirib, paytaxtı ələ keçərmək üçün hücum başlatdı.
Hafterin hücumlarına Tripoli müqavimət göstərdi. İki dəfə Hafter gücləri geri otuzduruldu.
Ən son keçən həftə ağır bir itki verdirildi Hafterə.
Tripolinin əsas bölgələrindən birini işğal etmək üçün hücumə keçən Hafter gücləri, müqavimətlə qarşılaşınca, qaçmaq məcburiyyətində qaldı.
Məhz o müqavimətdə Türkiyənin böyük payı vardı.
Tripolidəki hökumət gücləri Türkiyədən gələn yardımla çevrilişçi Hafterin döyüşçülərinə müqavimət göstərdi.
Hatfer qüvvələro bu müddət ərzində iki dəfə böyük məğlubiyyətlə üzləşdi və Hafterin sözçüsü hər iki məğlubiyyətdə Türkiyəni günahlandırdı.
Keçən həftəki son məğlubiyyətdən sonra isə Türkiyəni təhdid etməyə cəhd etdi.
Sonrası məlumdur, vətəndaşlarımızı girov götürmə hərəkətinə girişdilər.
Yaxşı, Türkiyə niyə Liviyaya müdaxil oldu?
Çünki Xəlifə Hafter çevrilişçidir.
Hücum etdiyi Tripoli mərkəzi rəhbərliyi isə beynəlxalq olaraq Liviya xalqının qanuni nümayəndəsidir.
Yəni, Liviyada mərkəzi hökumət çevrilişçi bir qrupun hücumuna hədəf olduğunda Türkiyə mərkəzi hökuməti dəstəkləmişdir.
Əslində bunu yalnız Türkiyə deyil, digər Qərb ölkələri və BMT də etməli idi.
Amma etmədilər. Hətta onlar çevrilişçilərin yanında yer aldılar.
Hafter hücumlarına 4 apreldə başlamışdı.
BMT-nin baş katibi o hücumlardan bir neçə gün əvvəl Liviyanın önəmli bölgəsi olan Bingaziyə gedib, çevrilişçi Hafterlə masaya oturdu.
BMT beynəlxalq olaraq Tripoli hökumətini Liviyanın qanuni nümayəndəsi olaraq tanıyarkən, BMT-nin rəhbəri olan şəxs, BMT-nin qanuni rəhbərlik olaraq tanıdığı Tripoli hökumətini devirməyə çalışan çevrilişçilərlə eyni masaya oturmuşdu.
Bu vəziyyət Hafterə verilən açıq dəstəyin elanı idi.
Hafter noyabr ayında da İtaliyada təşkil edilən Liviya mövzulu bir zirvəyə əslində heç yeri olmadan dəvət edilmiş və hətta Türkiyənin təpkisinə gətirib çıxaran Şərqi Aralıq dənizi xüsusundakı paralel yığıncaqda da Liviyanın qanuni lideri kimi təqdim edilmişdi.
Hafterin ən böyük dəstəkçisi ABŞ MKİ-sıdır.
Çünki Hafterin rəsmi olaraq MKİ-nin bəslədiyi bir adam olduğu heç kimə sir deyil.
Niyə?
Kaddafi dövründə sürgün edilən general Hafter ABŞ-a gətirilmiş və MKİ himayəsinə alınmışdır.
Liviyada 2011-də NATO müdaxiləsindən sonra Muammer Kaddafi linç edildikdən sonra Hafter ABŞ-dan Liviyaya qayıtdı.
2014-də çevriliş etməyə cəhd etdi, ancaq müvəffəq ola bilmədi.
2015-də daha bir çevrilişə cəhdi etdi.
Tobruk və Bingazidə qeyri qanuni bir hakimiyyət elan etdi.
Hafterin bu çevrilişiylə Liviya ikiyə bölündü, Tripolidə qanuni hökumət, Bingazidə isə çevrilişçilərə bağlı bir işğal hakimiyyəti yaradıldı.
Bununla Hafter dayanmadı.
Arxasına ABŞ-ı, İsraili, Misiri, BƏƏ-ni, BMT və Avropanı alan Hafter, Tripolidəki qanuni rəhbərliyi devirib, paytaxtı ələ keçərmək üçün hücum başlatdı.
Qərb dünyası rəsmi olaraq qanuni hökumət olaraq tanıdığı Tripoli rəhbərliyini devirməyə çalışan çevrilişçilərin yanında yer aldı.
Əslində bu vəziyyət Qərbin ikiüzlülüyünün daha bir isbatıdır.
Çünki Qərb yenə öz özünü təkzib etmişdir.
"Tripolini tanıyırıq" deyib, Tripolini devirməyə çalışan çevrilişçilərə xitab etmiş, hətta açıqdan dəstəkləmişdir.
Təbii ki, bunu boş yerə etməmişdir.
Çünki Qərbin Liviyada gözü vardır.
Liviya neft ehtiyatları baxımından dünyada 48 milyon barellə doqquzuncu mövqedədir.
Liviya Qərb üçün əhəmiyyətlidir.
Çünki neftdən başqa, Şimal Afrikada strateji əhəmiyyətli bir coğrafi mövqedə yerləşir.
Sabah, o biri gün Şərqi Aralıq dənizindən çıxarılacaq təbii qazın Avropaya transferində Liviya əhəmiyyətli bir dayanacaqdır.
Liviya Qərb üçün əhəmiyyətlidir.
Çünki Avropanın ən böyük baş ağrısı olan Afrikalı immiqrantların Avropadan əvvəlki Afrika qitəsindəki son limanları Liviyadır.
Hazırladı: Müxalifət.az