Türkiyə liqasının qalibi çempionatdan uzaqlaşdırıldı
26-05-2019 22:29
Baxış sayı:
1945
Türkiyə Super Liqasında aşağı liqaya düşən komandalar bəlli olub.
Muxalifet.az xəbər verir ki, "Göztəpə"nin doğma meydanda "Ankaragücü"nü məğlub etməsindən sonra "Bursaspor" klubu aşağı liqaya düşüb. "Göztəpə" isə əsas çempionatda mübarizəni davam etdirmək haqqı qazanıb.
"Bursaspor"la yanaşı, "Ərzurumspor" və "Akhisarspor" da aşağı liqaya - "Spor Toto 1-ci liqa"ya yollanıb.
Qeyd edək ki, "Bursaspor" Türkiyənin 4 əsas klubundan - "Beşiktaş", "Qalatasaray", "Fənərbaxça" və "Trabzonspor"dan sonra liqada çempion olmuş yeganə klubdur.