"Türkiyə lider ölkə durumundadır" - ÇAVUŞOĞLU

Qətər probleminin həll edilməsi üçün hər kəs Prezident Rəcəb Tayyib Ərdoğana zəng edir. Biz həqiqətən lider ölkə olaraq, bu problemi də inşallah bayramdan əvvəl həll edərik.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
"Həqiqətən gərgin iş rejimindəyik. Türkiyənin problemləri var, terrorla mübarizə aparırıq. Türkiyəni yenə də şaha qaldırırıq, investisiyalar, islahatlar aparırıq. Nəhəng layihələr həyata keçiririk", - Çavuşoğlu bildirib.