Türkiyə kəşfiyyatı Suriyada İŞİD araşdırması aparıb

Baxış sayı:
8641

İŞİD ilə mübarizədə yeni bir məsuliyyət götürməyə hazırlaşan Türkiyə təşkilatın Fəratın şərqində hələ də varlıq göstərən qalıqlarını araşdırıb. ABŞ-ın əsgər çəkmə qərarından sonra "İŞİD ilə mübarizə bitmədi" - deyən qərbli ölkələrə qarşı Türkiyə "İŞİD-ı biz təmizləyərik" mesajı verdi. İŞİD-la üz-üzə vuruşmuş yeganə ordu olan TSQ, Fəratın şərqindəki bütün terrorçulara qarşı mübarizəyə hazır olduğunu beynəlxalq ictimaiyyətə elan edib.
 
Kəşfiyyat məlumatlarına görə, beynəlxalq koalisiya qüvvələri və İraq ordusu tərəfindən bombardmana tutulmasına baxmayaraq İŞİD hələ də Fəratın şərqində və Suriya-İraq sərhəd xəttində fəaliyyət göstərir. Aşağı Fərat xəttinin uzunluğu boyunca yayılmış olan İŞİD, Fəratın qərbində Əsəd rejimi, şərqində isə koalisiya dəstəkli PKK/PYD-YPG ünsürləri ilə əhatə olunmuş vəziyyətdədir. Təşkilat hazırda 2-3 min civarında terrorçuyla 13 kənd və mahalda varlıq göstərir.
Terrorçuların əllərində isə yüngül silahlar, o cümlədən avtomatlar, RPG-7 minaatanlar və snayper tüfəngləri var. Terrorçular cəbhə xəttindəki rayonlar və evlərə isə mina döşədiyi bildirilir. İŞİD terrorçularının əlində 4x4 pikab avtomobilləri ilə motosikletlər var.
 
Sərhəddən qovulacaq
 
 Türkiyə ABŞ-lı heyətin qarşısına hər cür terror təşkilatıyla mübarizəyə hazırlıqlı olduğuna dair məlumatları qoyacaq. Ancaq prioritet hədəflərini də birmənalı olaraq vurğulayacaq. Türkiyə sərhədlərindən 250 km uzaqlıqdakı İŞİD tör-töküntüləri ilə mübarizə etməyə qadirdir. Ancaq Türkiyənin prioriteti sərhəd xətti boyu yaradılan terrorçu təhdidini qovmaq olacaq. Hazırda Amerikanın yeni marşrutu olan və tamamilə işğala hazırlandığı İraqın şimalındakı Qəndil, Sincar, Kərkük, Mosul ərazilərində terrorçu ünsürlərə yol verməmək lazımdır. Bu istiqamətdə də qaynaqlar Türkiyənin ABŞ tərəfindən ona verilən hədəfləri deyil, milli hədəfləri istiqamətində gözünü İraq və Suriyanın şimalına çevirməsinin zəruri olduğuna işarə edirlər. İraqın şimalında ABŞ-ın sadəcə PKK-nı deyil, İŞİD-ı da istifadə edərək işğala zəmin hazırlaya biləcəyi vurğulanır. İraq-Suriya sərhəd xəttində təşkilatın varlığı da buna işarə edir.
Müxalifət.az