Türkiyə kəşfiyyatı bir neçə əhəmiyyətli dəlili AÇIQLAYACAQ - Qətl 72 kameradan incələndi

Baxış sayı:
352

Səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının Türkiyənin İstanbul şəhərində yerləşən Səudiyyə Ərəbistanının Baş Konsulluğunda qətlə yetirilməsinə dair müzakirələr davam edir.
Muxalifet.az xəbər verir ki, qətli araşdıran Ədliyyə Nazirliyinin məlumatına görə, Qaşıqçının cəsədinin kimyəvi turşuda əridilməsinə dair əldə tutulacaq ciddi bir dəlil yoxdur.
Nazirlik cəsədin hələ də baş konsulluğun binasında olduğunun təsbitlərini əldə edib. 2 oktybarda gerçəkləşən cinayətdən sonra İstanbul Ali Məhkməsinin başlatdığı istintaq əməliyyatları çərçivəsində başda konsulluq olmaqla, şəhərin 72 ayrı nöqtəsində kamera qeydləri incələnib. Alınan nəticəyə əsasən, konsulluğa daxil olduqdan 2-3 saat sonra öldürülüb parçalara ayrıldığı bildirilən Qaşıqçının cəsədinin daşınmasında istifadə edilən çamadanlar bir daha konsulluqdan çıxarılmayıb. İstintaqı aparan şəxslər jurnalistin cəsədinin konsulluq ərazisindəki quyuya atıldığı versiyası üzərində israr edir.
İstintaq üçün İstanbula gələn səudiyyəli baş hakim Əl Mücibin şəhərdə olduğu günlərdə İstanbul məhkəməsi tərəfindən quyunun təkrar analiz edilməsi tələbi qəbul edilməyib. Səudiyyə hakimiyyətinin Türkiyə ilə paylaşacağı bilgilərin gəlməyəcəyi təqdirində, Türkiyə kəşfiyyatının cinayətlə bağlı əlində olan bir neçə əhəmiyyətli dəlil ictimaiyyətlə paylaşılacaq.
Qeyd edək ki, Camal Qaşıqçı Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd İbn Salmanın ötən il vəzifəsindən sui-istifadə ittihamları ilə paytaxt Riyaddakı bir hoteldə həbsdə saxlanılan 50 şahzadənin dəstəklədiyi adam olmasına görə qətlə yetirildiyi bildirilir.
Xatırladaq ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı “Vaşinqton Post” qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb.
Qətərin “Əl-Cəzirə” telekanalı istintaq əməliyyatları çərçivəsində Səudiyyə Ərəbistanı konsulunun evində hidroflor turşusu və xüsusi kimyəvi maddə qalıqlarının tapıldığını iddia etmişdi. Bu təsbitlərin əsasında Qaşıqçının cəsədinin tamamilə əridildiyi və yox edildiyi bildirilmişdi./Publika.az