"Türkiyə Krımın ilhaqını tanımır" - ƏRDOĞAN

Baxış sayı:
163

"Türkiyə Krımın ilhaqını tanımayıb və tanımayacaqdır".
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü zamanı deyib.
"Türkiyə Krımın ilhaqını tanımayıb və tanımayacaqdır. Krım tatarı qardaşlarımız, Türkiyə və Ukrayna arasındakı tarixi və insani bağların əhəmiyyətli bir ünsürüdür", - deyə prezident bildirib.
Onun sözlərinə görə, Krımda əsas hüquq və azadlıqların müdafiəsi Ankara üçün prioritet olaraq qalır.