Türkiyə kosmosa astronavtlar göndərmək istəyir

Baxış sayı:
7238

Türkiyənin məqsədlərindən biri kosmosa astronavtlar göndərməkdir.
 
Muxalifət.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə hakimiyyətindəki mənbə deyib.
O bildirib ki, bu tapşırığın reallaşdırılmasına ölkədə milli kosmik agentliyinin yaradılmasından sonra başlamaq planlaşdırılır.
Mənbə qeyd edib ki, hazırda ölkədə kosmik agentliyinin yaradılması üzrə iş gedir:
"Milli agentliyin yaradılması Türkiyə hakimiyyəti üçün mühüm prioritetlərdən biridir".
Qeyd edək ki, Türkiyədə kosmik agentliyinin formalaşdırılması 2023-cü ilə planlaşdırılır və 6 milyard dollar ayrılacaq.