Türkiyə konsulluğunun qarşısında “kriminal etiraz” – “Quli”nin rəqibinin yaxınları ayağa qalxdı

Baxış sayı:
394

Gürcüstanın Batumi şəhərində yerləşən Türkiyə konsulluğunun qarşısında etiraz aksiyası keçirilib. 

Yenisabah.az  xəbər verir ki, aksiyanı keçirənlər gürcü əsilli “qanuni oğru” Mindii Qoradzenin  (“Lavasoğlu Batumski”) yaxınları olub. Onlar bir ildən artıqdır ki, Türkiyədə həbsdə olan Qoradzenin azadlığa buraxılmasını tələb ediblər.

Qoradzenin vəkili bildirib ki, Türkiyə hökuməti bu günə qədər “qanuni oğru”ya heç bir ittiham irəli sürməyib. O, bəlli olmayan səbəblərdən hələ də ağır şərtlər altında həbsxanada saxlanılır. 

“Türkiyə həbsxanası Gürcüstanın istənilən vətəndaşı üçün ağırdır. Dini faktor vəziyyəti bir qədər də ağırlaşdırır. Biz onun azadlığa buraxılmasını tələb edirik. Əgər gürcü tərəfinin hansısa şikayəti varsa, Gürcüstan öz vətəndaşının qayğısına qalmalıdır”, - deyə Qoradzenin bacısı İrina bildirib. 

Bundan əvvəl məlumat yayılmışdı ki, “qanuni oğru” Gürcüstana ekstradisiya olunması tələbi ilə aclıq askiyası keçirir. Məlumat üçün deyək ki,  Qoradze “qanuni oğru” olaraq kriminal iyerarxiyada yüksək mövqe tutduğuna görə Gürcüstan məhkəməsi onun barəsində qiyabi olaraq 12 il azadlıqdan məhrumetmə barədə hökm çıxarıb.

İnterpol xətilə axtarışda olan Qoradze 2018-ci ilin payızında Türkiyədə saxlanılıb. Həmin ilin iyulunda məhkəmə Qoradzeni “qanuni oğru” olduğuna görə təqsirli bilib. O, həmçinin hədə-qorxu yolu ilə pul tələb etməkdə və jurnlaistlərin peşə fəaliyyətinə maneçilik törəkməkdə təqsirli bilinib.  

Gürcüstan prokurorluğunun məlumatına görə, Qoradze 2014-2015-ci illərdə Gürcüstandakı kriminal avtoritetlərlə sıx əlaqədə olub, onlardan kriminal aləmdəki vəziyyət barədə məlumatlar alıb və öz təsir imkanlarını artırmaq üçün göstərişlər verib. O, həmçinin “obşak”a vəsait  (“oğru fondu”) toplanmasında iştirak edib. 

Yayılan məlumatlara görə, Qoradze ilə azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (“Quli”) münasibətləri o qədər də ürəkaçan deyil. Qoradze və ukraynalı “qanuni oğru” Antimos Kuxilava (“Antik”) Nadir Səlifovun Odessada möhkəmlənməsinə əsas maneə hesab edilirlər. Bir neçə il əvvəl Nadir Səlifovun Odessadakı adamları ilə Qoradze və Kuxilavanın tərəfdarları arasında toqquşma baş vermişdi.