TÜRKİYƏ KLUBUNUN PREZİDENTİ QARABAĞDAN DANIŞARKƏN CANLI YAYIMDA AĞLADI - VİDEO

Baxış sayı:
5216

“CBC Sport” kanalında efirə gedən “Türkiyədən futbol” verilişində qonaq olan Super Liqa təmsilçisi “Çaykur Rizəspor” klubunun prezidenti Hasan Kartal Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə münasibətilə xalqımıza təbriklərini çatdırarkən göz yaşlarına hakim ola bilməyib.

Klub prezidenti deyib ki, Qarabağ mövzusu sadəcə Azərbaycanın deyil, hər bir türkü maraqlandıran məsələdir:

“Ona görə də qazanılan zəfər hər bir türkü çox sevindirin. Siz və biz deyə ayrı-seçkilik yoxdur, hamımız birik. Milli məsələ olduğu üçün bu mövzuda danışarkən özümü saxlaya bilmirəm, qəhərlənirəm. İnşallah bundan sonra türk milləti heç zaman zərər görməz, dünyada ancaq uğur qazanar.

Azərbaycanda və ya Türkiyədə yaşayan türk deyə bir şey yoxdur. Türklər bütövdür, birdir”.