​Türkiyə klubunda baş məşqçi dəyişikliyi

Baxış sayı:
7180

Türkiyənin "Ankaragücü" klubu baş məşqçi Bayram Bektaşla yollarını ayırıb. Muxalifet.az komanda.az-a istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Mehmet Yiğiner Türkiyə mətbuatına açıqlamasında deyib. O, Bektaşla yollarının ayrıldığını, komandanın "sükan"ının isə Mustafa Kaplana tapşırıldığını bildirib. Bektaş 2018-ci il dekabrın 19-da "Ankaragücü"nə baş məşqçi təyin edilmişdi. Paytaxt təmsilçisi 20 xalla turnir cədvəlinin 12-ci pilləsində yer alıb.