Türkiyə İsrailin İSTANBULDAKI BAŞ KONSULUNU DA QOVDU

Baxış sayı:
4648

Türkiyənin Xarici işlər Nazirliyi, İsrailin İstanbuldakı baş konsulunun bir müddət ölkəsinə qayıtmasını istəyib.
 
Qəzzada İsrail qətliamından sonra İsrail və ABŞ-dakı səfirlərini məşvərət üçün Ankaraya çağıran Türkiyə, İsrail ilə münasibətlərində dünən yeni bir addım atmışdı. İsrailin Ankaradakı səfiri Eitan Naeh, Xarici İşlər Nazirliyinə çağıraraq bir müddət ölkəsinə qayıtması tələb olunmuşdu. Türkiyə XİN daha bir addım ataraq bu dəfə İsrailin İstanbuldakı baş konsulunun evinə dönməsini tələb edib.
Müxalifət.az