​Türkiyə İsraili buna görə qınadı - Bəyanat

Baxış sayı:
2491

Türkiyə Xarici İşlər Nazirliyi İsrail parlamentinin təsdiqlədiyi yeni qanun layihəsinə görə Təl-Əvivi qınayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin yaydığı bəyanatda qeyd olunub:
“İsrail Daxili işlər Nazirliyinə terror aktlarında iştirak edən və ya İsrail dövlətinin təhlükəsizliyini pozan hərəkətlərə yol verən şəxslərin daimi yaşayış icazələrini ləğv etmək səlahiyyəti verən qanun layihəsinin parlamentdə təsdiqlənməsini qınayırıq.
1967-ci ildə Şərqi Qüdsün işğal olunmasından bu vaxta qədər minlərlə fələstinlinin Qüdsdə yaşayış icazəsi ləğv edilib. İsrailin fələstinlilərin əsas hüquqlarını tapdalayaraq, Şərqi Qüdsün demoqrafiyasını dəyişdirmək cəhdlərini üzə çıxaran bu qeyri-qanuni addımı rədd edirik”.
Qeyd edək ki, İsrail parlamenti bir müddət əvvəl Daxili işlər Nazirliyinə terror aktlarında iştirak edən və ya İsrail dövlətinin təhlükəsizliyini pozan şəxslərin daimi yaşayış icazələrini ləğv etmək səlahiyyəti verən qanun layihəsini təsdiqləyib.