​Türkiyə İslandiyaya 0:3 hesabı ilə məğlub oldu - YENİLƏNDİ

           
Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
Muxalifet.az xəbər verir ki, 9-cu turun ikinci oyun günündə D, G və I qrupunun iştirakçıları meydana çıxıb.
Azərbaycanlı futbolsevərlərin diqqəti Türkiyəyə yönəlib. Qardaş ölkənin millisi öz meydanında İslandiyanı qəbul edib. 3-cü pillədə qərarlaşan “ay-ulduzlular” bir pillə öndə olan rəqibinə 0:3 hesabı ilə məğlub olub. Əvəzində 4-cü pillədə qərarlaşan Ukrayna millisi Kosovonu məğlub edərək turnir cədvəlində 3-cü yerə yüksəlib. Mirça Luçeskunun Türkiyə yığması isə 4-ci yerə enib.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
IX tur, 6 oktyabr
D qrupu
Gürcüstan – Uels - 0:1
Qol: Laurens, 49
Avstriya – Serbiya - 3:2
Qollar: Burqstaller, 25, Arnautoviç, 76, Şaub, 89 - Milivoyeviç, 11, Matiç, 83
İrlandiya - Moldova - 2:0
Qollar: Mörfi, 2, 19

1.Serbiya953119:1018
2.Uels945013:517
3.İrlandiya944111:616
4.Avstriya933313:1212
5.Gürcüstan90548:135
6.Moldova90274:222

G qrupu
Lixtenşteyn – İsrail - 0:1
Qol: Tibi, 22
İspaniya - Albaniya - 3:0
Qollar: Rodriqo, 19, İsko, 24, Tyaqo, 27
İtaliya – Makedoniya - 1:1
Qollar: Kyellini, 40 - Traxkovski, 77

1.İspaniya981035:325
2.İtaliya962120:820
3.Albaniya941410:1213
4.İsrail940510:1412
5.Makedoniya922511:158
6.Lixtenşteyn90091:350

I qrupu
Türkiyə - İslandiya - 0:3
Qollar: Qudmundsson, 32, Byarnason, 39, Arnason, 50
Kosovo – Ukrayna - 0:2
Qollar: Paqarada, 60 (öz qapısına), Yarmolenko, 88
Xorvatiya – Finlandiya - 1:1
Qollar: Mancukiç, 57 - Soiri, 90

1.İslandiya961214:719
2.Xorvatiya952213:417
3.Ukrayna952213:717
4.Türkiyə942312:1114
5.Finlandiya92257:118
6.Kosova90183:221