​“Türkiyə İŞİD terror qruplaşması ilə müttəfiqdir” – PREZİDENTDƏN QALMAQALLI AÇIQLAMA

Baxış sayı:
2674

Çexiya prezidenti Miloş Zeman Türkiyənin ünvanına iki dövlət arasında böhran yaradacaq açıqlamalar verib.
“RİA-Novosti” agentliyi xəbər verir ki, prezident Türkiyəni İŞİD terror qruplaşması ilə “müttəfiq” olmaqda ittiham edib.
“Kürdlərə niyə hücum edirlər? Çünki “İslam dövləti”nin faktiki müttəfiqidir”, - Çexiyanın qərbində yerləşən Karlovarski diyarında Zeman deyib.
Prezident Türkiyəni “islam ideologiyasına ürəyini açan dövlət” adlandırıb.