TÜRKİYƏ İŞİD-İN “ÖLÜM MAŞINI”NI YAXALADI - 20 terror aktının təşkilatçısı hesab olunur

Baxış sayı:
377

Türkiyənin xüsusi xidmət orqanlarının əməkdaşları Rusiya törədilmiş terror aktının təşkilatçısını yaxalayıblar.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Suriyanın Azez şəhərində İŞİD terror təşkilatının baş bomba “mütəxəssis”inin tutulduğu xəbərini verib. Nazir deyib: “Biz Suriyanın Azez şəhərində Cihad əd Din əl Nasir Ubeyde kod adlı, Yusid Xuda adlı İŞİD terrorçusunu yaxaladıq – o, təşkilatın baş rəhbərlərindən biridir”.

Soylu tutulmuş terrorçunun Rusiyada (2018-ci ildə), həmçinin Almaniyanın Hamburq şəhərində baş vermiş terror aktları da daxil olmaqla, ümumilikdə 20 terror aktının təşkilatçısı olduğunu söyləyib. O, bombaları hazırlayır, internet vasitəsilə terorçulara təlim keçir, kamikadzelər şəbəkəsini qurur, hücumlar və zəhərləmə vasitəsilə qətllər təşkil edirmiş.

Azez şəhəri 2016-cı ildə Türkiyənin “Fərat qalxanı” əməliyyatı vasitəsi ilə terrorçulardan alınmışdı./Hurriyyet.org