​Türkiyə İraqdakı vəziyyətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib

Baxış sayı:
2587

Türkiyə Xarici İşlər Nazirliyi İraqın Bəsrə şəhərində baş verən hadisələrlə bağlı bəyanat yayıb.“Report” “Haber 7”yə istinadən xəbər verir ki, bəyənatda Bəsrədə sosial problemlərə qarşı keçirilən aksiyanın narahatlıq doğurduğu ifadə edilib.
Qeyd olunub ki, Türkiyə Bağdad hökumətinin və qardaş ölkə olan İraq xalqının qarşılaşdığı sınaqların öhdəsindən gəlməsi üçün dəstəyini əsirgəmir: “Bəsrənin ən qısa müddətdə layiq olduğu dincliyə və rifaha qovuşması üçün hər cür töhfə verməyə hazırıq. Bundan başqa, Bəsrəyə səyahət edəcək vətəndaşlarımıza təhlükəsizlikləri, eləcə də etiraz aksiyalarının keçirildiyi ərazilərdən uzaq olmaları üçün Nazirliyik və Bağdaddakı səfirliyimiz tərəfindən edilən xəbərdarlıqlara qulaq asmaları tövsiyə olunur”.