Türkiyə İraqda "Pəncə- 3" əməliyyatına başladı

Baxış sayı:
388

İraqın şimalında yerləşən Sinat-Haftanin bölgəsində "Pəncə-3" hərbi əməliyyatı başlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 23-də terrorçuların bölgədəki mağara və sığınacaqlarını məhv etmək məqsədi ilə "Pəncə-3" adlı əməliyyata start verilib. Hazırda əməliyyatlar uğurla davam etdirilir.