​Türkiyə İrandan neft tədarükünü bərpa etdi

Baxış sayı:
10366

Türkiyə noyabr ayındakı fasilədən sonra dekabrda İrandan neft tədarükünü bərpa edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Bildirilib ki, sözügedən ayda Türkiyəyə 2 neft tankeri çatdırılıb.
Həmçinin qeyd edilir ki, Türkiyə yanvar ayında də "Sinopa" tankerindən İran nefti tədarük etmək niyyətindədir.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyaları qüvvəyə minib. ABŞ Maliyyə Nazirliyinin bəyan etdiyi kimi, sanksiyalar 700-dən çox hüquqi və fiziki şəxsə, İranın gəmilərinə və təyyarələrinə qarşı tətbiq olunub. Eyni zamanda rəsmi Vaşinqton Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyə üçün neft sanksiyalarından müvəqqəti istisnalar təqdim edib.
Türkiyəyə təqdim edilmiş istisnalara əsasən, ölkə ildə 3 milyon ton və ya gündə 60 min barel neft idxal edə bilər. Vaşinqtonun sanksiyaların bərpası ilə bağlı açıqlamasından əvvəl isə Türkiyə gündəlik, təxminən, 200 min barel İran nefti alırdı.