​Türkiyə İrandan neft idxalını dayandıracaq - Sanksiya

Baxış sayı:
2215

ABŞ Türkiyəyə qarşı bütün silahlarından istifadə etməyib, Avropa Birliyi isə qeyd-şərtsiz Türkiyənin yanında yer almayıb.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə-Rusiya Araşdırmaları Mərkəzinin rəhbəri Aydın Sezər bildirib.
Sezər qeyd edib ki, ABŞ ilə Türkiyə arasında qol güləşi davam edərkən, 4 noyabr tarixində İrana tətbiq ediləcək sanksiyaların daxilində yalnız neft və neft məhsulları yer alıb, təbbi qazla bağlı müddəa yoxdur. Neft və neft məhsulları embarqo qərarı daxilindədir:
"Dolayısıyla, Türkiyə İrandan neft idxalını dayandırmaq məcburiyyətində qalacaq. Sistem artıq əvvəlki kimi işləməyəcək. Çünki eyni noyabr qərarlarının içərisində ümumi bir qadağa və sanksiya gəlir".