​Türkiyə, İran və Rusiyanın XİN rəhbərləri görüşür - Səbəb

Baxış sayı:
9346

Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri Qazaxıstanın paytaxtında görüşəcəklər.
Muxalifet.az xəbər verir ki, görüş martın 14-də Astanada olacaq.
Bundan əvvəl, İranın xarici işlər naziri Cavad Zərif jurnalistlərə üç ölkənin xarici işlər nazirlərinin Suriyada gərginliyin azaldılması məqsədilə Astanada görüşəcəyini, sonra siyasi tənzimlənmə ilə məşğul olmaq üçün İstanbulda sammitin keçirilməsinə hazırlıq aparılacağını bildirib.
Xatırladaq ki, ötən il noyabrın 22-də Rusiya, İran və Türkiyənin dövlət başçıları Soçidə görüşərkən Suriyada terrorizmə qarşı birgə mübarizənin uğurlarını bəyan ediblər. Bu prosesdə növbəti addım bu il yanvarın 30-da Soçidə keçirilən Suriya Milli Dialoqu Konqresi olub.