​Türkiyə ilə üz-üzə gəlmək istəmirik, amma... - Suriya

Baxış sayı:
1270

İdliblə bağlı əsas məqsədimiz bölgəni radikal ünsürlərdən təmizləməkdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Suriya Xarici İşlər naziri Vəlid Müəllim deyib.
"Biz Türkiyə ilə üz-üzə gəlmək istəmirik, lakin rəsmi Ankara İdlibin Suriya torpağı olduğunu unutmamalıdır", - nazir bildirib.
Kürd qruplarla dialoqa hazır olduqlarını bildirən Müəllim, heç bir halda bölücü siyasətə imkan verməyəcəklərini vurğulayıb.