“Türkiyə ilə Səudiyyə Ərəbistanını düşmən edirlər...” - AÇIQLAMA

Baxış sayı:
2683

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna girdikdən sonra haqqında heç  bir məlumat olmayan ondan jurnalist Camal Qaşıqçı ilə bağlı daha bir iddia ortaya çıxıb. 
Muxalifet.az xəbər verir ki, Türkiyə ordusunun Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəisi İsmayıl Haqqı Pekin hadisənin arxasında İsrailin Mossad kəşfiyyat xidmətininin durduğunu deyib.
“Bu böyük bir kəşfiyyat əməliyyatıdır və başında da Mossad kəşfiyyat xidməti var. Yəni, hadisəylə bağlı bu qədər açıq verilməsini planlaşdıran Mossaddır. Çünki Qaşıqçı məsələsini belə həll etməyə ehtiyac yox idi , başqa cür də edə bilərdilər. Rus kəşfiyyatı çeçenləri İstanbulda öldürmədimi? Qaşıqçı zatən küçədə filana tək gəzirdi. Bir şəkildə aradan götürə bilərdilər, ya da qaçırardılar. Yəni konsulluğun binasına daxil olmasına ehtiyac yox idi. Bu Türkiyə ilə Səudiyyə Ərəbistanının arasını pozmaq məqsədli ilə hazırlanmış bir hadisədir” – İsmayıl Haqqı Pekin belə deyib.
Qeyd edək ki, israilli jurnalist Yossi Melman da Qaşıqçı olayının arxasında Mossadın ola biləcəyini yazıb.