​Türkiyə ilə sazişə sadiqik, ancaq... - Rusiya

Baxış sayı:
2053

Rusiya İdlibdə sabitliyin təmin edilməsi məqsədilə Türkiyə ilə imzaladığı Soçi sazişinə hələ də sadiqdir. Lakin bu bölgədəki terrorçuların hücumlarına da göz yummaq imkansızdır. Muxalifet.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, Rusiya terrorçuların təxribatlarına və hücumlarına qarşıdır: “Ölkələrimizin əsgərləri daim təmasdadır və şiddətin qarşısını almaq məqsədilə birlikdə hərəkət edirlər. Onların təhlükəli təxribatlarını isə gözardı etmək mümkün deyil. Bu terrorçular öz hərəkətləri ilə Rusiyanın Hmeymim hərbi bazasını, Suriya əsgərlərini və mülki vətəndaşları təhdid edirlər”.