Türkiyə ilə Rusiya arasında viza rejimi qismən ləğv olunub

Baxış sayı:
7837

Avqustun 7-dən etibarən Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında xidməti və xüsusi pasport sahiblərinin vizasız qarşılıqlı gediş-gəlişinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, 2010-cu il mayın 12-də iki ölkə arasında imzalanan vizasız rejimlə bağlı razılaşma 2019-cu il avqustun 7-dən etibarən qismən qüvvəyə minib. Belə ki, sənədə əsasən bu ölkələrin xidməti və xüsusi ümumvətəndaş pasportuna sahib vətəndaşları vizasız 30 gün müddətində qarşılıqlı səyahət edə biləcək.