TÜRKİYƏ İLƏ RUSİYA ARASINDA ATƏŞKƏS ANLAŞMASI - Tərəflər Liviya məsələsində razılaşmağa yaxındırlar

Baxış sayı:
2985

Ankaradakı danışıqlar zamanı Türkiyə və Rusiya nümayəndə heyətləri Liviyada atəşkəs şərtləri ilə bağlı razılığa yaxınlaşdılar.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Dünən Ankarada Liviya ilə bağlı danışıqlar aparıldı, bu gün Suriya mövzusunda aparılır. Liviyada atəşkəs şərtləri ilə bağlı razılığa yaxın olduğumuzu söyləyə bilərik", - deyə türkiyəli nazir bildirib.

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında qurumlararası danışıqlar 15 və 16 sentyabr tarixlərində Ankarada aparılırdı.