Türkiyə ilə Qərb arasında iplər qopdu - Fransız jurnalı

Baxış sayı:
11248

Fransız jurnalı L`EXPRESS-də nəşr olunan bir yazıda, Türkiyə prezidenti Ərdoğanın Rusiyayla etdiyi əməkdaşlıq və Suriya ilə Venesuelaya qarşı siyasi davranışının, "Türkiyə-Qərb ittifaqının yenidən diriləcəyinə dair ümidləri öldürdüyü” şərhinə yer verilib.
 
Məqalənin müəllifinə görə, Ankaranın Suriyadakı davranışı, Rusiya ilə əməkdaşlıq və Venesuelada dövlət başçısı Nikola Maduronu dəstəkləməsi, "Qərb ilə qarşı cəbhələrdə yer almağın Türk lider üçün strateji bir seçim olduğuna işarə edir”.
 
Fransa Türkiyədən kömək istəyə
“ Bu məsələ daha əvvəl də narahatlıq doğururdu, amma indi bütün kəskinliyi ilə ortaya çıxır" adlanan məqalədə, "Fransa və Avropa bir bütün olaraq bundan sonra Türkiyədən kiçik də olsa, bir yardım gözləyə bilərmi" sualı yönəldilib.
Məqalədə, 2016-da yeni bir Suriyalı qaçqın dalğasının Türkiyəyə yerləşdirilməsi üçün Ankara ilə razılığa gəlməsindən sonra Aİ, "daim Qərb ilə yaxın münasibətlər davam etdirmək məqsədi güdən Müsəlman bir ölkə ilə" soyuq və realist bir kursda yenidən danışıqlara başlama ümidi içində ikən, "Erdoğanın bu günki davranışının bunun artıq mümkün olmadığını açıqca ortaya qoyduğu” ifadə edilib.
 
Türkiyə tərəfindən bir təcavüz olduğu təqdirdə
 
 Məqalənin müəllifi Makariana görə, Türkiyənin Qərb tərəfdaşlarından getdikcə daha çox uzaqlaşdığına şahidlik edən son hadisələr son dərəcə narahatedicidir. Belə ki, məqaləsində, həbsxanalarında fransız radikal İslamçıları tutan suriyalı kürdlərin ABŞ qüvvələrinin Suriyadan çıxmasından sonra Türkiyə tərəfindən bir təcavüz olduğu təqdirdə əllərindəki məhbusları buraxmaq məcburiyyətində qalacaqlarını çatdırdıqlarını qeyd edib: "Bunun nəticəsində cihadçıların ailələrinin İraqa, oradan da Fransaya göndərilmələri lazımdır. Çünki Ankaranın məhz Fransaya xidmət olsun deyə, bu təhlükəli terrorçuların və onların ailələrinin keçidini asanlaşdırmaq arzusu yoxdur. Əksinə, Ərdoğan ona tez-tez insan hüquqları ilə bağlı vəziyyəti yada salan Fransaya eyni şəkildə cavab vermək üçün fürsət əldə etdiyinə görə məmnun olacaq".
 
Çoxqütblü cəbhə
 
 Məqalənin müəllifi Türkiyənin Suriyadakı fəaliyyətlərini yalnız YPG-PKK arasındakı əlaqə ilə əlaqələndirməyə çalışmağın kifayət etmədiyini və Ankaranın buradakı əməliyyatlarında Rusiyanın da payının olduğunu qeyd edərək belə davam edib:
“Türkiyənin Suriyadakı davranış formasını sadəcə buradakı kürdlər ilə (Aİ tərəfindən də) terrorçu olaraq qəbul edilən PKK arasındakı yaxınlıq üzərindən açıqlayanlara isə əyani bir misal verək: "Ərdoğan müxalif Xuan Guaidonun Nikola Maduronun qarşısına qoyulduğu Venesuelada da Rusiya ilə eyni cərgədə yer aldı: Maduro bu müttəfiqlərinə bel bağlaya bilər. Türk lider Maduroyla telefonla danışdıqda "Qardaşım, dik dur, yanındayıq" demişdi. Türkiyə və Venesuela arasında iqtisadi və maliyyə əlaqələr sıxdır. Hələ bir 2018-in dekabrında Karakasda bir sultan kimi qarşılanan Rəcəb Tayyib Ərdoğan Maduronun, İran və Rusiyanın da daxil olduğu "çoxqütblü cəbhəsinin mühüm bir hissəsidir".
Müxalifət.az