​Türkiyə ilə Portuqaliya arasında SEÇİM - Kiyevdə gərgin mübarizə

Baxış sayı:
7846

Bu gün Ukraynanın paytaxtı Kiyevdə UEFA İdarə heyətinin toplantısı keçiriləcək.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, toplantıda 2020 Çempionlar Liqasının final matçına ev sahibliyi edəcək namizədlərin səsverməsi baş tutacaq.
Bu kateqoriyaya iki namizəd var: İstanbul şəhərindəki “Atatürk Olimpiya Stadionu” və Lissabondakı “Luz” stadionu. 76 000 nəfər tutumu olan “Atatürk” stadionu daha öncə - 2005-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edib. “Milan” qarşısında 3:0 hesabı ilə uduzan “Liverpul” matçın taleyini dəyişərək hesabı bərabərləşdirib, penaltilər seriyasında qalib gələrək kuboku əldə edib. Digər bir namizəd olan “Luz” stadionu isə 2014-cü ildə ali turnirin finalına qapılarını açıb, “Real Madrid”lə “Atletiko” arasında baş tutan matçda “Kral Klubu” qalib gəlib.
Toplantıda, əlavə olaraq, Maliyyə Fair Pleyi qaydalarının yeni versiyası ilə AVRO 2020 matç təqvimi gündəm müzakirələr sırasında yer alacaq.