"TÜRKİYƏ İLƏ ORTAQ ADDIM ATARIQ"

Baxış sayı:
5593

Muxalifət.az xəbər verir ki, Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncı adanın cənubunda dövlət qurmuş yunanlara xəbərdarlıq edərək deyib: “Türkiyə ilə birlikdə addım atarıq”.
 
O, bu açıqlamanı yunanların rəhbəri Nikos Anastasiadis ilə görüşdən sonra verib: “Artıq heç bir şey keçmişdəki kimi olmayacaqdır. Bundan sonrakı hadisələr barəsində xəbərdarlığımızı elədik. Ya komitə qurulmalı, ya da dənizdəki kəşfiyyat işləri təxirə salınmalıdır. Əks halda, Türkiyə ilə Kiprin türk tərəfi birgə addımlar atacaqdır”.
Anastasiadis ilə görüşün faydasız olduğunu deyən Akıncı, tərəflərin mövqelərini dəyişmədiyini bildirib.
Xatırladaq ki, son dövrdə yunanların adanı əhatə edən Aralıq dənizində apardıqları neft-qaz yataqları axtarışı iki tərəf arasında gərginliyə səbəb olub./Hurriyyet.org